"Prezidentlik məqamı "xidmət edilmək yox, xidmət etmək" üçündür", M.Sall

Seneqalda 24 fevraldakı seçkiləri qazanaraq yenidən seçilən prezident Makki Sall (Macky Sall) andiçmə mərasimilə ikinci dövr vəzifəsinə başladı.

1175823

  Paytaxt Dakarın Diamniaadio bölgəsində Türkiyə firması tərəfindən inşa edilən Beynəlxalq Sərgi Mərkəzində keçirilən mərasimdə and içən prezident etdiyi çıxışında bütün seneqallılara təşəkkür edərək deyib:

  "Ölkəmin bütün siyasi, iqtisadi və sosial qurumlarına açıq və konstruktiv dialoq çağırışımı təkrar edirəm.

  Prezidentlik məqamında "xidmət edilmək deyil, xidmət etmək" tələb olunur.

  Vəzifəmin bütün məsuliyyət və ağırlığının dərk edirəm, təvazökarlıq və qətiyyətlə Seneqal xalqının xidmətində olmağa sözü verirəm".

  Seneqal prezidentinin andiçmə mərasimində Türkiyəni Ticarət naziri Ruhsar Pekcan təmsil edib.

Әlaqәli Xәbәrlәr