Koalisiya qüvvәlәri ilә Birlәşmiş Millәtlәr Tәşkilatı arasında müqavilә imzalanıb

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi SPA agentliyinin yaydığı mәlumatda bildirilib.

1175189
Koalisiya qüvvәlәri ilә Birlәşmiş Millәtlәr Tәşkilatı arasında müqavilә imzalanıb

 

Səudiyyə Ərəbistanı rəhbərliyindәki  koalisiya qüvvələri ilә  Birləşmiş Millətlər Tәşkilatı Yәmәndә  uşaqların  silahlı münaqişәlәrdәn  qorunması ilә әlaqәdar  müqavilә imzalayıb.

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi SPA agentliyinin yaydığı mәlumatda bildirilib. Mәlumata әsasәn, müqavilә Әr-Riyadda koalisiya qüvvәlәrinә tabe olan Birgә Qüvvәlәr Komandanlığı ilә BMT rәsmisi Vircinia Qamba tәrәfindәn imzalanıb.

Gələn aydan etibarən uşaqların reablitasiyası üçün beynəlxalq kampaniya  başlayacaq.

Yəməndə Husiler tərəfindən 24 min uşağın münaqişələrә cәlb olunduğu  və münaqişə bölgələrində bu vəziyyətin davam etdiyi bildirilir.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə  Husiler ilə hökumətə sadiq qüvvələr arasında qarşıdurmalar baş verir.

Yәmәnin paytaxtı Sana vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.



Әlaqәli Xәbәrlәr