Braziliya Qüdsdə diplomatik ofis açıb

İsrailin Naqliyyat naziri və Xarici İşlər nazirinin əvəzi Yisrael Braziliyanın Qüdsdə diplomatik ofisin açıldığını söyləyib.

1174413
Braziliya Qüdsdə diplomatik ofis açıb

İsrailin Naqliyyat naziri və Xarici İşlər nazirinin əvəzi Yisrael Braziliyanın Qüdsdə diplomatik ofisin açıldığını söyləyib.

Yisrael Katzın öz “Twitter” səhifəsindəki açıqlamasında, Braziliya prezidenti Jair Bolsonaraya İsrailə səfəri zamanı Qüdsdə açdığı diplomatik ofisə görə təşəkkür etdiyini bildirib.

Katz sosial şəbəkə hesabında braziliyalı həmkarı Ernesto Araujo ilə əl verib salamlaşdığı şəkli də paylaşıb.

Katz diplomatik ofisin xüsusiyyəti barədə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl səfirliklərinin Qüdsə köçürələcəyi barədə məlumat verən Braziliya prezidenti Bolsonara kəçən həftə yaydığı açıqlamada ölkəsinin Qüdsdə ticarət ofisi aça biləcəyini elan etmişdi.  

İsraildəki yerli qəzetlərdən birində yer tutan xəbərə görə, Bolsonaro üç günlük səfərlə İsraildədir.  



Әlaqәli Xәbәrlәr