Antonio Qutarreş Ərəb dünyasını birlik olmağa çağırdı

BMT-nin Baş katibi Antonio Qutarreş Ərəb dünyasını birlik olmağa çağıraraq, bunun Orta Şərqdəki sülh və sabitliyin əsas şərti olduğunu söylədi.

1174664
Antonio Qutarreş Ərəb dünyasını birlik olmağa çağırdı

BMT-nin Baş katibi Antonio Qutarreş Ərəb dünyasını birlik olmağa çağıraraq, bunun Orta Şərqdəki sülh və sabitliyin əsas şərti olduğunu söylədi.

Tunisin ev sahibliyində 30-cu Ərəb Birliyi Liderlər zirvəsində çıxış edən baş katib Ərəb dünyasının birliyinin Orta Şərqdə sülh və sabitliyin əsas şərti olduğunu bildərərək, BMT-nin də bölgədə sülh və sabitliyə dəstəyindən başqa rolunun olmadığını dedi.

Fələstin-İsrail məsələsində iki dövlətli həlli vurğulayan Quttareş Fələstin və İsrailin yan-yana, sülh və sabitlik içində yaşaya bilməsi üçün həll yolunun həyata keçirilməsini, Qüdsün iki ölkənin paytaxtı olmasının vacibliyini, bu barədə ikinci seçimin olmadığını qeyd etdi.

Quttereş Yəmən böhranı ilə əlaqədar olaraq da Yəmən xalqının problemlərini həll etmək üçün cəhdlərini davam etdirdiklərini, Hudeydə şəhərində siyasi həll çərçivəsində sülhün təmin üçün bütün tərəflərlə görüş keçirdiklərini dilə gətirdi.

Liviya məsələsinə də toxunan Quttereş, aprelin ortasında hazırlanması gözlənən və BMT-nin təqdim etdiyi siyasi həll xaritəsində son addım kimi görünən Milli Dialoq Forumunun uğurla olmasına ümid etdiyi söylədi.



Әlaqәli Xәbәrlәr