Әfqanıstanda daşqınlar 15 nәfәrin hәyatına son qoyub

Bu barәdә Herat Valiliyinin mәtbuat katibi Ceylani Fәrhad mәlumat verib.

1173768
Әfqanıstanda daşqınlar 15 nәfәrin hәyatına son qoyub

 

Əfqanıstanın qərbindәki Herat və Badqiş vilayәtlәrindә leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 15 nәfәr hәlak olub.

Bu barәdә Herat Valiliyinin mәtbuat katibi Ceylani Fәrhad mәlumat verib. O, Heratda bir neçә gündür davam edәn leysan yağışların daşqınlara sәbәb olduğunu bildirib. Daşqınlar nәticәsindә 8 nәfәrin hәlak olduğunu bildirәn Fәrhad 9 nәfәrin dә xәsarәt aldığını deyib.

Fәrhad daşqınlar nәticәsindә bölgәdәki çox sayda evin dağıldığını qeyd edib.

Digәr tәrәfdәn Badqiş Valiliyinin mәtbuat katibi Cәmşid Şahabi isә Cevand vә Bala Muğrap qәsәbәlәrindә daşqınlar nәticәsindә 7 nәfәrin hәlak olduğunu deyib.

Daşqınlar nәticәsindә 5 nәfәrin dә xәsarәt aldığını deyәn Cәmşid Şahabi  iki nәfәrin dә itkin düşdüyünü bildirib.

Ölkənin şimalındakı Fәryab və Bəlx vilayətlərində də bir gün əvvəl baş verən daşqınlar nәticәsindә isә  9 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr