Qəzzada keçiriləcək nümayişlərə fələstinli bütün qruplar qatılacaq

Qəzzada sabah keçiriləcək “Milyonluq torpaq və böyük qayıdış yürüşü” nümayişlərinə fələstinli bütün qrupların qatılacağı bildirilib.

1173382
Qəzzada keçiriləcək nümayişlərə fələstinli bütün qruplar qatılacaq

Qəzzada sabah keçiriləcək “Milyonluq torpaq və böyük qayıdış yürüşü” nümayişlərinə fələstinli bütün qrupların qatılacağı bildirilib.

“Həmas”ın sözçüsü Əbdüllətif əl-Kanu yaydığı açıqlamada sabah keçiriləcək “Milyonluq torpaq və böyük qayıdış yürüşü”nün İsrailin blokadasının aradan qaydırılmasını və geri qayıdış haqqını vurğulamaq üçün əhəmiyyətli addım olduğunu bildirib.

“Böyük qayıdış yürüşü”nün birinci ilini başa vurduğunu xatırladan Kanu sabah keçiriləcək milyonluq yürüşdə hər qrup və səviyyədən fələstinlilərin iştirak edəcəyini söyləyib.

Kanu nümayişlərin hədəfə alınan tələblərin bir hissəsini reallaşdırdığına, bütün hədəf və istəkləri əldə etmək üçün iradəyə sahib olduqlarına diqqət çəkib.



Әlaqәli Xәbәrlәr