Benyamin Netanyahunun Qəzza zolağına “əməliyyat” təhdidi

İsrailin Baş naziri Benyamin Netanyahu mühasirə altındakı Qəzza zolağına “əməliyyat” təhdidi irəli sürüb.

1172758
Benyamin Netanyahunun Qəzza zolağına “əməliyyat” təhdidi

İsrailin Baş naziri Benyamin Netanyahu mühasirə altındakı Qəzza zolağına “əməliyyat” təhdidi irəli sürüb.

Qəzza sərhədində yerləşmiş İsrail hərbi qüvvələrinə baş çəkən Netahyahu bölgədə tədqiqatlar aparıb.

“Geniş miqyaslı bir müharibə başlatmaq məcburiyyətində qalacaqları təqdirdə bundan imtina etməyəcəkləri” barədə təhdid edən Netahyahu “Digər bütün seçimlər başa çatdıqdan sonra, bütün İsrail vətəndaşlarının məlumatı olsun ki əgər  geniş miqyaslı müharibəyə üz tutmaq məcburiyyətində qalsaq buna güclü şəkildə daxil olarıq” ifadələrini işlədib.

Qeyd edək ki, Netanyahu başçılığında martın 26-da keçirilən təhlükəsizlik yığıncağında Qəzza sərhədindəki hərbçilərə əlavə dəstələr göndərilməsi qərara alınmışdı.

“Fələstin Torpaq günü”nün 43-cü ildömünü səbəbindən şənbə günü Qəzza sərhədində kütləvi nümayişlər keçiriləcəyi gözlənilir.

İsrail isə fələstinlilərin hər il 30 mart tarixində qeyd etdikləri “Torpaq günü” əvvəlində mühasirədəki Qəzza zolağına əlavə hərbçilər yerləşdirir.



Әlaqәli Xәbәrlәr