Yeni Zelandiyada terror aktlarını xüsusi kral komissiyası araşdıracaq

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Kraystçörç məscidlərində törədilən terror aktlarını xüsusi kral komissiyasının araşdıracağını bildirib.

1169887

Bu barədə Yeni Zelandiya Radiosu məlumat yayıb. Baş nazirin Vellinqtonda keçirilən həftəlik mətbuat konfransındakı çıxışında deyib: “Nazirlər Kabineti tərəfindən yaradılan xüsusi kral komissiyası hücumun qarşısının alınması üçün görülən tədbirlərin kifayətedici olmasını, eyni zamanda, xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıracaq”.

Baş nazirin sözlərinə görə, komissiyanın diqqət mərkəzində, ilk növbədə, hücuma aparan hadisələr olacaq, həmçinin yaraqlının silahı necə əldə etməsi, baş verənlərdə sosial şəbəkələrin rolu, xüsusi xidmət orqanlarının həyata keçirməli olduğu və keçirdiyi tədbirlər təhlil ediləcək.

Komissiyanın tam tərkibinin onun əhatə edəcəyi suallar dairəsi hökumət tərəfindən bütünlüklə dəqiqləşdirildikdən sonra elan ediləcəyi gözlənilir.

Әlaqәli Xәbәrlәr