“Tramp Netanyahunun hüzurunda İsrailin Qolandakı suverenliyini tanıyan sənədi imzalayacaq”, Y. Katz

ABŞ prezidenti Donald Trampın İsrailin işğalı altındakı Qolan təpələrilə bağlı qalmaqallı açıqlamasına rəsmilik qazandıracağı iddia edilib.

1169761

İsrailin müvəqqəti Xarici İşlər və Nəqliyyat naziri Yisrael Katz “Prezident Tramp Baş nazir Netanyahu hüzurunda İsrailin Qolandakı suverenliyini tanıyan sənədi imzalayacaq” deyib.

Yisrael Katz sosial şəbəkə “Twitter” səhifəsində İsrail mətbuatında Trampın bu gün Netanyahu ilə Ağ Evdə keçirəcəyi görüşdə Qolan təpələrindəki “İsrailin suverenliyini” rəsmi olaraq tanıyan sənədi imzalayacağı barədəki xəbərləri təsdiqləyib.

Açıqlamasında İsrail ilə ABŞ ələqalərinin “heç olmadığı qədər yaxşı” olduğunu vurğulayan Katz “Prezident Tramp Netanyahunun hüzurunda İsrailin Qolandakı suverenlyini tanıyan sənədi imzalayacaq” ifadələrini işlədib.

Rəsmi səfəri çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda olan Netanyahu bu gün Ağ Evdə prezident Tramp ilə görüş keçirəcək.

Әlaqәli Xәbәrlәr