Rumıniya Tel Әvivdәki sәfirliyini Qüdsә köçürür

Bu barәdә Rumıniya Baş naziri Viorika Dansila mәlumat verib.

1170050
Rumıniya  Tel Әvivdәki sәfirliyini Qüdsә köçürür

Rumıniyanın Baş naziri Viorica Dancila elan edib ki, rәsmi  Buxarest səfirliyini İsrailin Təl Əviv şəhərindən Qüdsә  köçürəcək.

Dancila bunu martın 24-də Vaşinqtonda İsrailin lobbi qrupunun keçirdiyi illik konfransda deyib.

Bu qәrarla Rumıniya Qüdsә sәfirliyini köçürәn ilk Avropa ölkәsi olacaq.

Fələstin Azadlıq Təşkilatının aparıcı təmsilçisi olan Saib Ureykat  isə Rumıniyanın bu qərarını pisləyib, bunu “fәlәstinlilәrin hüquqlarının ,beynәlxalq hüquq vә BMT qәtnamәlәrinin kobudcasına pozulması’’ adlandırıb.  Ureykat deyib ki, belə addımlar “iki dövlət həllinin məhvinə” töhfə verir.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp 2017-ci ilin 6 dekabr tarixindә Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını vә ölkәsinin Tel Әvivdәki sәfirliyini Qüdsә köçürәcәyini elan etmişdi.

Türkiyә başda olmaqda әrәb vә müsәlman  ölkәlәrinin göstәrdiyi reaksiyalara baxmayaraq ABŞ Tel Әviv şәhәrindәki sәfirliyini Qüdsә köçürmüşdü.

ABŞ-dan sonra Qvatemala da mayın 16-da Tel Әvivdәki sәfirliyini Qüdsә köçürmüşdü.



Әlaqәli Xәbәrlәr