Tailandda parlament seçkiləri keçirilir

Məlumata əsasən, səsvermə prosesi  yerli vaxtla səhər 8:00-da başlayıb.

1169508
Tailandda parlament seçkiləri keçirilir

Tailandda 2014-cü ildən bəri ilk dəfə ümumi parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

Məlumata əsasən, səsvermə prosesi  yerli vaxtla səhər 8:00-da başlayıb. Təxminən 51 milyon seçici saat 17:00-dək səs verə biləcək.

Seçkilərdə əsas üç siyasi  partiya və çox sayda  namizəd mübarizə aparır.

Qeyd edək ki, 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə iğtişaşları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib. Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb. Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və Nazirlər Kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulmuşdu.



Әlaqәli Xәbәrlәr