Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Kirstçörçdəki Alnoor və Linvud məscidlərində həyatlarını itirənlər üçün Yeni Zelandiyanın bütün şəhərlərində anım tədbirləri keçirildi.

1168696
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Yeni Zelandiyada Kirstçörç şəhərindəki iki məscidə təşkil edilən və 50 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı terror aktlarından sonra ilk cümə günü, müsəlmanlara dəstək olmaq üçün cümə azanı dövlət qurumları Radio Yeni Zəlandiya (RNZ) və Yeni Zelandiya Televiziyası (TVNZ) vasitəsilə canlı yayımlandı.

Kirstçörçdəki Alnoor və Linvud məscidlərində həyatlarını itirənlər üçün Yeni Zelandiyanın bütün şəhərlərində anım tədbirləri keçirildi.

Yeni Zelandiya dövlət televiziyası “TVNZ” və “RNZ” tərəfindən yayımlanan mərasimlərdə cümə azanı canlı yayımlandı. Azandan sonra terror qurbanlarının xatirəsi 2 dəqiqəlik sükutla yad edildi.

Terror hücumundan sonra ifadələri, gördüyü tədbirlər və terror qurbanı müsəlman vətəndaşlarına səmimi yanaşmaları ilə təqdirlə qarşılanan Yeni Zelandiyanın Baş naziri Jacinda Arderin Kirstçörçdəki Haqley parkda qılınan cümə namazına qatıldı.

Namazdan əvvəl qısa müddətli çıxışına hədislə başlayan Arderin “Məhəmməd peyğəmbər dedi ki, qarşılıqlı şəfqət, mərhəmət və simpatiyalar ilə inananlar tək bir bədən kimidir. Bədənin hər hansı hissəsi acı çəksə, bütün bədən bunu hiss edər. Yeni Zelandiya sizinlədir. Matəmdə biz birik” ifadələrini işlətdi.

Linvud məscidinin imamı Latef Zirullah tərəfindən oxunan azandan sonra Alnoor məscidinin imamı Camal Fouda Baş nazir Ardern, hökumət və Yeni zelandiyalılara dəstəklərinə görə təşəkkür etdi.

Terrorun rəngi, dini və irqi olmadığını vurğulayan Fouda “Yeni Zelandiyanın məğlubedilməz olduğunu göstərdik. Dünya bizdə səvgi və birliyin nümunəsini görə bilər. Qəlbimiz sınıq amma biz məğlub olmadıq” deyə danışdı.

Ölkə miqyasında keçirilən mərasimlərdə Baş nazir Ardernin çağırışı qarşısında xeyli sayda Yeni zelandiyalı qadın baş örtüyü geyinib müsəlmanlara dəstəyini bildirdi.



Әlaqәli Xәbәrlәr