BMT Trampın açıqlamasına reaksiya göstərdi

BMT ABŞ prezidenti Donlad Trampın İsrailin işğalındakı Qolan təpələrinə dair qalmaqal yaradan açıqlamasına reaksiya göstərdi.

1168395
BMT Trampın açıqlamasına reaksiya göstərdi

BMT ABŞ prezidenti Donlad Trampın İsrailin işğalındakı Qolan təpələrinə dair qalmaqal yaradan açıqlamasına reaksiya göstərdi.

BMT Baş katibinin nümayəndələrindən  Farhan Haq Trampın açıqlamasına reaksiya göstərərək bildirib ki, bu mövzudakı BMT qərarlarını dəstəkləyirik.

Sosial media hesabı “Twitter” vasitəsilə açıqlama verən ABŞ prezidenti Donald Tramp Suriyanın yarım əsrdir İsrail tərəfindən işğal edilən Qolan təpələrini tanımağın zamanının gəldiyini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul etdiyi 497 nömrəli qərar İsrailin Qolan təpələrini işğalına etiraz edib və qərarda bildirilib ki, İsrailin işğalındakı Qolan təpələrində öz qanunlarını, məhkəməsini və idarəsini tətbiq etmə qərarının heç bir mənası yoxdur və beynəlxalq hüquq sahəsində qüvvədə deyildir.

Suriyaya aid Qolan təpələri 1967-ci ildən bəridir İsrailin işğalı altındadır.



Әlaqәli Xәbәrlәr