"Ağlama divarı"nda dua edən Pompeo

ABŞ-ın Dövlət katibi  Mayk Pompeo İsrailin Baş naziri Benyamin Netanyahunun müşayiətində işğal altındakı Şərqi Qüdsün Tarixi Şəhər bölgəsindəki Əl-Əqsa məscidinin qərb divarı olan Burak divarını (Ağlama divarı) ziyarət edib.

1168471

Pompeo yəhudilər tərəfindən ən müqəddəs məkan qəbul edilən “Ağlama divarı”nı ziyarəti zamanı yəhudilərin kipasını geyinib və ona müşayiət edən xaxamlardan məlumat alıb.

“Ağlama divarı”na sağ əlini qoyaraq iki dəqiqəyə yaxın dua edən Pompeo müşayiətindəkilərlə  Əl-Əqsa məscidinin aşağısındaki sinaqoqa da baş çəkdikdən sonra Tarixi Şəhər bölgəsindən ayrılıb.

Regional səfəri çərçivəsində əvvəl Küveytdə səfərdə olan və srağa gün axşam İsrailə keçən ABŞ-ın Dövlət katibi Pompeonun bu gün də Livana səfəri gözlənilir.

Әlaqәli Xәbәrlәr