Avstraliyalı senator qalmaqal açıqlama verdi

Senator müsəlmanlar və İslama qarşı ağır ifadələr də işlədib və sosial media hesabından ona qarşı çıxışlar baş qaldırıb.

1164610
Avstraliyalı senator qalmaqal açıqlama verdi

  Avstraliyalı həddindən artıq sağçı senator Freyzer Anninq (Fraser Anning) Yeni Zelandiyanın Kraystçerç (Christchurch) şəhərində 2 məscidə təşkil olunan və 49 nəfərin həyatını itirdiyi terror aktından sonra qalmaqal açıqlama verib. 

  Queensland əyalətindən müstəqil senator Anninq "Zorakılığın hər növünə qarşıyıq" açıqlamasında bildirib:

  “Yeni Zelandiya küçələrində bu gün qan tökülməsinin gerçək səbəbi, hər şeydən əvvəl, müsəlman fanatiklərin Yeni Zelandiyaya köç etməsinə icazə verən miqrant proqramıdır".

  Senator müsəlmanlar və İslama qarşı ağır ifadələr də işlədib və sosial media hesabından ona qarşı çıxışlar baş qaldırıb.

  Avstraliyanın Baş naziri: “Yeni Zelandiya da Avstraliya kimi bütün inanç və mədəniyyətlərə qədimdən ev sahibliyi edir. Buna görə ölkələrimizdə terror şiddətini bəsləyən dözümsüzlüyə və nifrətə qətiyyən yer yoxdur. Belə hərəkətləri qınayırıq", - deyib.



Әlaqәli Xәbәrlәr