İsrail әsgәrlәri 20 fәlәstinlini dә hәbs etdi

Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.

1163253
İsrail әsgәrlәri 20  fәlәstinlini dә hәbs etdi

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahili və  Qəzza zolağında  20  fələstinlini həbs edib.

Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.

Məlumata görə, İordan çayının qərb sahili və Şərqi Qüdsün  müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 20   fәlәstinli saxlanılıb.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.

Qeyd edәk ki, fələstinlilər martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 230-dan çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr