Fransa müqaviləsiz "Brexit"ə hazırlaşır

Fransa Böyük Britaniyanın Avropa İttifaqından ayrılacağı ("Brexit") 29 marta hazır olmaq üçün avropalı tərəfdaşları ilə "müqaviləsiz ayrılmaq"a dair hazırlıqlar apardığını bildirdi.

1162623
Fransa müqaviləsiz "Brexit"ə hazırlaşır

Fransa Böyük Britaniyanın Avropa İttifaqından ayrılacağı ("Brexit") 29 marta hazır olmaq üçün avropalı tərəfdaşları ilə "müqaviləsiz ayrılmaq"a dair hazırlıqlar apardığını bildirdi.

 Yelisey Sarayı Böyük Britaniya parlamentinin "Brexit" müqaviləsini ikinci dəfə rədd etməsinindən sonra yazılı bəyanat verdi.

 "Brexit" düyünü yalnız Londonda açıla bilər" ifadələri işlədilən bəyanatda Fransanın Böyük Britaniya parlamentində keçirilən səsvermənin nəticəsinə görə kədərləndiyi bildirildi.

 Bəyanatda: "Paris İngiltərənin etibarlı və alternativ bir strategiyası olmadan "Brexit" tarixinin təxirə salınmasını heç bir şəraitdə qəbul etməz" deyildi.

 Avropa İttifaqının "Brexit" müqaviləsini təkrar müzakirəyə  çıxarmayacağı vurğulanan bəyanatda: "Böyük Britaniya müzakirə müddətinin uzadılmasını tələb edərsə, danışarıq və yekdilliklə qərar qəbul edərik. Paris Böyük Britaniyanın Aİ-dən ayrılacağı 29 marta hazır olmaq üçün avropalı tərəfdaşları ilə "müqaviləsiz ayrılmaq"a dair hazırlıqlarına davam edir" ifadələri işlədildi.

Qeyd edək ki, Böyük Britaniya parlamenti hökumətin Avropa İttifaqı ilə əldə etdiyi "Brexit" müqaviləsinin yeni ciddi yoxlanılmış  variantını da qəbul etməyib.

Böyük Britaniyanın Baş naziri Tereza Mey (Theresa May)  Şimali İrlandiya sərhədinə dair tədbir maddəsi ilə bağlı reaksiyaya səbəb olan müqavilənin mətnini dəyişdirə bilməmiş, lakin maddənin istifadə şərtlərini aydınlaşdıran ortaq sənəd üzərində Avropa İttifaqı ilə razılaşmışdı.

Mey bu  sənədin  Böyük Britaniyanın "tədbir maddəsi"ni hüquqi cəhətdən təhdid etdiyini iddia edirdi.

 Bu gün "müqaviləsiz ayrılımaq", sabah da "Brexit" tarixinin təxirə salınması variantları Böyük Britaniya parlamentində səsə qoyulacaq.
 



Әlaqәli Xәbәrlәr