Venesuelada hidroelektrik stansiyasına hücum etmәyә hazırlaşan iki nәfәr saxlanılıb

Bu barәdә Venesuela prezidenti Nikola Maduro bildirib.

1161997
Venesuelada hidroelektrik stansiyasına hücum etmәyә hazırlaşan iki nәfәr saxlanılıb

 

Venesuela prezidenti Nikola Maduro hidroelektrik stansiyasına hücum etmәyә hazırlaşan iki nәfәrin saxlanıldığını bildirib.

Venesuelada martın 7-də axşam radələrində başlayan və hələ də müxtəlif bölgələrdə davam edən elektirik enerjisi kəsintisi ilә bağlı açıqlama verәn Nikola Maduro deyib: ‘‘Hidroelektrik stansiyasına hücum etmәyә hazırlaşan iki nәfәr saxlanıldı’’.

Nikola Maduro bu şәxslәrә dәstәk verәnlәrin mәhkәmә qarşıdında cavab vermәlәrinin vacibliyini vurğulayıb.

‘‘Amerika Birlәşmiş Ştatları kimi imperialist hökumәtin Venesuelaya qarşı attığı bütün addımları uğursuzluqla nәticәlәndi’’ deyәn Venesuela prezidenti Nikola Maduro ötәn hәftәdәn etibarәn ölkәsinin mәruz qaldığı hücumların arxasında müharibә strategiyasının olduğunu  deyәrәk hücumların ABŞ tәrәfindәn törәdildiyini iddia edib.

Nikola Maduro Venesuela xalqının bu hücumlara baxmayaraq  müqavimәt göstәrmәyә davam edәcәyini qeyd edib.

Qeyd edәk ki, Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala onu tanımışdılar. Avropa Parlamenti dә Xuan Quaidonu  tanıdığını elan etmişdi.

Ancaq Meksika, Türkiyə, Rusiya, Kuba, Çin və Bolivya  Venesuela prezidenti  Nicolas Maduro hökumətinə dəstək verdiklərini elan etmişdilər. Maduro da cərəyan edən hadisələrə cavab olaraq ticari əlaqələr istisna olmaqla ABŞ ilə diplomatik və siyasi münasibətlərə son qoyduğunu açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr