Malavidə daşqınlarda 23 nəfər öldü

Afrikanın Malavi Respublikasında 23 nəfər leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həlak olub.

1160166
Malavidə daşqınlarda 23 nəfər öldü

Afrikanın Malavi Respublikasında 23 nəfər leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həlak olub.

Bu barədə ölkə hakimiyyətinə istinadən "Sinxua" bildirib.

Qeyd edilir ki, leysan yağışlar Malavinin cənub regionlarına yağıb. Təbii hadisə nəticəsində daha 29 nəfər xəsarət alıb. Bununla yanaşı, 11 nəfər itkin düşmüş hesab edilir.Daşqınlar həmçinin 22 mindən çox ev təsərrüfatına maddi ziyan vurub.



Әlaqәli Xәbәrlәr