Somalidə bombalı partlayış,5 adam öldü

Somalinin paytaxtı Moqadişuda bomba yerləşdirilmiş  avtomobilin  partladılması  nəticəsində  5 nəfər  həyatını  itirib 10-ü  yaralanıb.

1158926
Somalidə bombalı partlayış,5 adam öldü

Təhlükəsizlik mənbələrindən yayılan  məlumata  görə, Maşın  paytaxt  Moqadişuda   dinç sakinlər ilə  dolu  bir  restoranın yaxınında  partladılıb. 5  nəfərin  öldüyü  hadisədə  yaralananların    vəziyyitinin   ağır olduğu   bildirilir. Hücuma  görə   məsuliyyəti  üzərinə   götürən olmayıb.   Ancaq   ölkənin cənub hissəsində bir çox kənd və şəhərə   nəzarəti   əlindi  tutan terror təşkilatı Eş-Şəbab  tez-tez    tetəhlükəsizlik işçiləri və vətəndaşlara  istiqamətli  hücumlar  həyata  keçirir.  

 

 

 

 



Әlaqәli Xәbәrlәr