Sergey Ryabkov: "ABŞ-ın Venesuelaya hərbi müdaxilə etmə ssenarisi aktuallığını qoruyub saxlayır"

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Venesueladakı vəziyyətə dair: "Amerika Birləşmiş Ştatlarının Venesuelaya qarşı hərbi müdaxilə etmə ssenarisi aktuallığını qoruyub saxlayır" dedi.

1158306

 TASS xəbər agentliyinin yaydığı xəbərə görə, Ryabkov bunu Venesueladakı hadislərəin inkişafı və Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi ilə bağlı fikir bildirərkən söyləyib.
 
 Ryabkov ABŞ-ın son illərdə Birləşmiş Millətlər Təşkilatının şərtlərinə zidd olaraq başqa ölkələrdə hərbi fəaliyyət göstərdiyini qeyd edib.
 
 Rusiya xarici işlər nazirinin müavini Rusiyanın Venesueladakı vəziyyətdən narahat olduğunu da dilə gətirib.
 
 Ryabkov  Şimali Koreya lideri Kim Çen İn ilə ABŞ prezidenti Donald Trampın keçən həftə Vyetnamın paytaxtı Hanoide görüşdüyünü xatırladaraq: "Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi probleminin həlli qarşılıqlı maraq və imtiyazlarla mümkün ola bilər" ifadəsini işlətdi.
 
 Sergey Ryabkov ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalarını ləğv etməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr