Qәtәr vә Rusiyanın XİN rәhbәrlәri görüşüb

Qәtәrin Xarici İşlәr naziri Mәhәmmәd ibn Әbdürrәhman әl Sani ölkәsi ilә Rusiya arasında  ‘‘S-400’’ havadan müdafiә sistemi ilә bağlı müzakirәlәrin davam etdirildiyini  bildirib.

1156704
Qәtәr vә Rusiyanın XİN rәhbәrlәri görüşüb

 

Qәtәrin Xarici İşlәr naziri Mәhәmmәd ibn Әbdürrәhman әl Sani ölkәsi ilә Rusiya arasında  ‘‘S-400’’ havadan müdafiә sistemi ilә bağlı müzakirәlәrin davam etdirildiyini  bildirib.

Mәhәmmәd ibn Әbdürrәhman әl Sani Qәtәrә rәsmi sәfәr edәn Rusiyanın Xarici İşlәr naziri Sergey Lavrov ilә paytaxt Dohada görüş keçirib. Tәrәflәr görüşdәn sonra birgә mәtbuat konfransında çıxış ediblәr.

Rusiya ilә ‘‘S-400’’ havadan müdafiә sistemi ilә bağlı müzakirәlәrin davam etdiyini deyәn Әl Sani bu mәsәlә ilә bağlı yekun qәrara gәlmәdiklәrini ifadә edib.

‘‘Texniki heyәt ilә mütәxәssislәr bu mәsәlәni müzakirә edirlәr. Rusiya ilә müdafiә sahәsindә әmәkdaşlığa dair müqavilә bağlamaq üçün onlardan cavab gözlәyirik’’,-deyә Mәhәmmәd ibn Әbdürrәhman Әl Sani qeyd edib.

Suriya mәsәlәsinә  dә toxunan Әl Sani bildirib ki, Suriya  böhran siyasi yolla hәll olunmalıdır. Suriyanın Әrәb Birliyinә üzvlüyünü tәxirә salmaq üçün  bәzi sәbәblәr vardı. Bu sәbәblәr öz  mövcudluğunu davam etdirir.

Qәtәrin Xarici İşlәr naziri Rusiyanın Fәlәstin mәsәlәsindәki sәylәrini mәmnuniyyәtlә qarşıladıqlarını bildirәrәk Sergey Lavrov ilә Fәlәstin problemini müzakirә etdiklәrini söylәyib.

Küveytin göstәrdiyi sәylәrdәn  başqa  Körfəz böhranının həll edilmәsi üçün hər hansı bir addımın atılmadığını da vurğulayan Әl Sani deyib: "Yaşanan böhranla bağlı ölkələrin mövqeyində bir dəyişiklik yoxdur’’.



Әlaqәli Xәbәrlәr