Estoniyada parlament seçkilərində İslahat Partiyası qalib gəldi

Estoniyada keçirilən seçkilərin yekununda beş partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Müxalifətçi sağ liberal İslahat Partiyası mandatların üçdə birini əldə etdi.

1156489

İlkin məlumatlara görə, İslahat Partiyası 28,8% səs toplayıb və parlamentdə mövcud 101 yerdən 34-nü qazanıb.

Mərkəz Partiyası 23% (26 yer), Mühafizəkar Xalq Partiyası 17,8% (19 yer), "Isamaa" Partiyası 11,4% (12 yer), Sosial Demokrat Partiyası 9,8% (10 yer) səs toplayıb.

Estoniyada parlament seçkiləri martın 3-də keçirilib.

Estoniyanın ilk qadın baş naziri olacaq Kaja Kallas hökumətin qurulması üçün bütün koalisiya təkliflərinin masada olduğunu, digər tərəfdən Estoniya Xalqının Mühafizəkar Partiyası ilə koalisiya yaratmağa üstünlük verməyəcəklərini bildirib.
 
 Baltik ölkəsində 881 min seçicinin təqribən dörddə biri ümumi seçkilərə internet vasitəsilə səs veriblər.
 
 Estoniyada 101 yerlik parlamentdə  deputatları müəyyən etmək üçün proporsional sistem tətbiq olunur.
 
 Ölkənin 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxaraq müstəqilliyini elan etməsindən bu yana növbə ilə hakimiyyətə gələn İslahat və Mərkəz partiyaları, Avropa İttifaqı və NATO üzvlüyünü, kəmər sıxma siyasətlərini güclü şəkildə dəstəkləyir.

Әlaqәli Xәbәrlәr