ABŞ-da qaşırğa 22 nәfәrin hәyatına son qoyub

Bu barədə Alabama ştatının rәsmilәri mәlumat verib.

1156126
ABŞ-da qaşırğa 22 nәfәrin hәyatına son qoyub

 

ABŞ-ın Alabama ştatının Li Kontri dairəsində qasırğa nəticəsində 22 nəfər ölüb, çox sayda  adam da  xəsarət alıb.

Bu barədə Alabama ştatının rәsmilәri mәlumat verib.

Mәlumatda bildirilib ki, tәbii fәlakәt nәticәsindә çox sayda ev dağılıb.

Mәlumatda hәmçinin çox sayda insanın elektrik enerjisiz qaldığı vurğulanıb. Bәzi insanların evdә qapalı qaldığı bildirilir.

Ştatın bütün ərazisində pis hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

ABŞ prezidenti Donald Tramp şәxsi ‘‘Twitter’’ sәhifәsindәn Alabama ştatında yaşayanlara müraciәt edәrәk  onlardan tәhlükәsiz bölgәlәrә sığınmalarını istәyib.



Әlaqәli Xәbәrlәr