Sergey Lavrov vә Mayk Pompeo Venesueladakı vәziyyәti müzakirә ediblәr

Bu barәdә Rusiya Xarici İşlәr Nazirliyinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1155849
Sergey Lavrov vә Mayk Pompeo Venesueladakı vәziyyәti müzakirә ediblәr

 

Rusiyanın Xarici İşlәr naziri Sergey Lavrov vә  Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Bu barәdә Rusiya Xarici İşlәr Nazirliyinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, tәrәflәr Venesueladakı problemlәri müzakirә ediblәr. Sergey Lavrovun söhbәt zamanı Venesuela probleminin hәll edilmәsi üçün Birlәşmiş Millәtlәr Tәşkilatının prinsiplәrinә әmәl edilmәsinin vacibliyini vurğuladığı bildirilib.

Tәrәflәr Suriya, Әfqanıstan vә Şimali Koreya mәsәlәsindә danışıqları davam etdirmәk mәsәlәsindә razılıq әldә ediblәr.



Әlaqәli Xәbәrlәr