Yəməndə 5 uşaq Husilərin hücumu nəticəsində həlak oldu

Yəməndə Husilərin Əl-Hudeydə şəhərində topçu atəşi nəticəsində 5 uşaq həlak oldu.

1155090
Yəməndə 5 uşaq Husilərin hücumu nəticəsində həlak oldu

Yəməndə Husilərin Əl-Hudeydə şəhərində topçu atəşi nəticəsində 5 uşaq həlak oldu.

Yəmən Ordusunun tərkibindəki Amalika Qüvvələri mətbuat xidmətinin “Twitter” səhifəsində yer tutan açıqlamaya görə, Husilərin Hudeydənin cənubundakı Et-Tuaytanın qərbində yerləşən Aşağı ən-Nasır məhəlləsində topçu atəşinə tutduğu hücum nəticəsində 2-si eyni ailədən olmaqla 5 uşaq həyatını itirib.

Top güllələrindən birinin bir qrup uşağın olduğu sahəyə düşdüyü və uşaqların hadisə yərində ölümünə səbəb olduğu bildirilib.

Husilərdən hücuma dair hələ də açıqlama verilməyib.

Husilərin 19 fevralda Tuhaytada səmt bazarlarından birinə etdiyi hücum nəticəsində də 2-si uşaq 4 nəfər ölmüşdü.



Әlaqәli Xәbәrlәr