Həmzə bin Ladinin başına 1 milyon dollar mükafat

ABŞ “Əl Qaidə”nin keçmiş lideri Usame bin Ladinin oğlu Həmzə bin Ladinin başına1 milyon dollar mükafat qoyub.

1154830
Həmzə bin Ladinin başına 1 milyon dollar mükafat

ABŞ   dövlət  departamenti bu  barədə   yazılı  açıqlama yayıb.  Açıqlamada   Həmzə bin Ladinin “Əl Qaidə” terror təşkilatında yüksələn lider olduğu və 2015-ci ildən bu yana ABŞ hərbi bazalarına hücuma təşviq edən videolar çəkdiyi, 2011-ci ildə öldürülən atasının intiqamını almağa çağırışlar səsləndirdiyi  qeyd  edilib.

Məlumata  görə, 2017-ci ildə qlobal terrorçular siyahısına daxil  edilən  Həmzə bin Ladinin  ABŞ-dakı bütün sərvəti dondurulub. ABŞ  dövlət  katibliyi  “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun yeri haqqında məlumat verənə 1 milyon dollar təklif edib.

 



Әlaqәli Xәbәrlәr