Şinzo Abe və Donald Tramp arasında telefon danışığı olub

Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Şimali Koreya Xalq Demokratik Respublikasının xüsusi xidmət orqanları tərəfindən oğurlandığı iddia edilən Yaponiya vətəndaşları ilə bağlı məsələni müzakirə ediblər.

1149804

Danışıqlardan sonra Şinzo Abe jurnalistlərə Yaponiya ilə ABŞ-ın bu məsələdə əməkdaşlığı gücləndirəcəyini deyib. “Biz Şimali Koreyanın nüvə və raket proqramları, həmçinin oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı Yaponiya və ABŞ-ın bütün səviyyələrdə sıx əməkdaşlıq etməsi barədə razılığa gəldik. Oğurlanan vətəndaşlar məsələsini biz ətraflı müzakirə etdik”, - deyə Şinzo Abe bildirib.

Oğurlanan vətəndaşların qohumları ilə bir neçə gün əvvəl görüşən Baş nazir məsələnin həlli ilə bağlı planı barədə Donald Trampı məlumatlandıracağını və bunu Şimali Koreyanın lideri Kim Çen Ina çatdırmağı xahiş edəcəyini deyib.

Yaponiya hökumətinin bildirdiyinə görə, Şimali Koreya tərəfindən azı 13 nəfər oğurlanıb. Onlardan beşi 2002-ci ildə Pxenyanda keçirilən Yaponiya-Şimali Koreya sammitindən sonra vətənə qayıdıb. Qalan 8 nəfər isə itkin düşmüş hesab edilir.

Әlaqәli Xәbәrlәr