Qәtәr ilә Sәudiyyә Әrәbistanı birgә hәrbi tәlim keçirәcәk
Qәtәr Müdafiә Nazirliyinә tabe olan hәrbi birlik ‘‘Әl-Cәzirә Qalxanı 10’’ adlı birgә hәrbi tәlimdә iştirak etmәk üçün Sәudiyyә Әrәbistanına sәfәr edib.
Qәtәr Müdafiә Nazirliyinә tabe olan hәrbi birlik ‘‘Әl-Cәzirә Qalxanı 10’’ adlı birgә hәrbi tәlimdә iştirak etmәk üçün Sәudiyyә Әrәbistanına sәfәr edib.
Hәrbi birlik Kral Әbdülәziz hәrbi hava bazasında Sәudiyyә Әrәbistanının Qarşılama Komitәsinin sәdri, general-leytenant Nasır İbrahim әs-Sәlim tәrәfindәn qarşılanıb.
Qәtәr Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib ki, tәlimin mәqsәdi birgә hәrbi strateji planları inkişaf etdirmәk vә Körfәz Әmәkdaşlıq Şurasına üzv ölkәlәr arasındakı harmoniya vә hәmrәyliyi güclәndirmәkdir.
Körfәz ölkәlәri arasında 2017-ci ildә başlayan böhranın davam etdiyi zamnda keçirilәn hәrbi tәlimin mart ayının 12-dәk davam edәcәyi ifadә edilib.
Xatırladaq ki, Sәudiyyә Әrәbistanı, Misir, Bәhreyn vә Birlәşmiş Әrәb Әmirliklәri 2017-ci ilin 5 iyun tarixindә Qәtәrlә diplomatik әlaqәlәri kәsdiyini bildirmişdi. Bu ölkәlәr Qәtәrә qarşı iqtisadi vә siyasi embarqo tәtbiq etmәyә başlamışdı.
Әlaqәli Xәbәrlәr
Husilәr İsrailә mәxsus gәmiyә hücum etdi
Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisini vurduqlarını bildiriblər.