İsrail әsgәrlәri 17 fәlәstinlini dә hәbs etdi
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
1149935
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 17 fələstinlini həbs edib.
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
Məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 17 fәlәstinli saxlanılıb.
Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.
İşğal altındakı İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.
Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında 6000 fәlәstinli mәhbus var.