Donald Tramp: "Bu, ABŞ prezidentinə qarşı qeyri-qanuni bir dövlət çevrilişi cəhdiydi"

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürtosu (FBI) və Ədliyyə Nazirliyi rəsmilərinin onu vəzifədən uzaqlaşdırmaq istiqamətində danışıqlar apardıqlarına dair iddialara sosial mediadan "qeyri-qanuni və xain bir davranış" deyərək cavab verdi.

1147910

 Donald Tramp "Twitter" hesabından verdiyi açıqlamada, ABŞ-ın "Fox News" kanalının aparıcısı Dan Bonginonun bu sözlərini bölüşdü: "Bu, ABŞ prezidentinə qarşı qeyri-qanuni bir dövlət çevrilişi cəhdiydi".
 
 Tramp bu ifadələrin sonunda yazdığı "doğru" sözü ilə ona qarşı  çevriliş cəhdi edildiyinə dair eyhamları bir növ təsdiq etdi. 
 
 Donald Tramp bu ismarışı  Federal Təhqiqatlar Bürtosunin (FBI) sabiq sədr müavini Endryu MakKeybin (Andrew McCabe) ABŞ-ın CBS televiziyasına verdiyi müsahibədən sonra bölüşdü.
 
 Endryu MakKeyb 2017-ci ildə Ədliyyə nazirinin müavini Rod Rozenşteynlə (Rod Rosenstein)  Trampın işində səriştəli olmadığı qənaətinə gəlinirsə, onun vəzifədən uzaqlaşdırılmasını təmin edən konstitusiya maddəsi ilə bağlı bəzi hökumət üzvləri ilə görüşlər keçirdiyini iddia etdi.
 
MakKeyb:"ABŞ Konstitusiyasının 2-ci maddəsində 1967-ci ildə edilən 25-ci dəyişikliklə bağlı danışıqlarda Rod mənimlə digər hökumət rəsmilərinin neçəsinin bu növ səyi dəstəkləyib- dəstəkləməyəcəyini müzakirə etdi" dedi.
 
 Rozenşteyn isə haqqındakı iddiaları rədd etdi və həmin maddənin dövriyyəyə buraxılmasının əsası olmadığını qeyd etdi.
 
 Bu arada, ABŞ Senatının Ədliyyə Komissiyasının sədri respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) Trampın vəzifədən uzaqlaşdırılması üçün ortaya atılan iddialarla əlaqədar cinayət işinin açılacağını bildirib.

Әlaqәli Xәbәrlәr