Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının  İnsan Hüquqları üzrә Ali Komissarı Mişel Baçelet  verdiyi yazılı açıqlamada İdlib vә terror tәşkilatı YPG/PKK-nın nәzarәtindә olan bölgәlәrdәki dinc sakinlәrin vәziyyәtinә diqqәt çәkib.

1148531
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

 

Birləşmiş Millətlər Təşkilatının  İnsan Hüquqları üzrә Ali Komissarı Mişel Baçelet  (Michelle Bachelet)  Suriyanın İdlib şәhәrindә intensivlәşәn  hücumlar nәticәsindә çox sayda dinc sakinin hәlak olduğuna  diqqәt çәkәrәk terror təşkilatı YPG / PKK-nın evlәrini tәrk etmәk mәcburiyyәtindә qalan insanlara tәzyiq göstәrdiyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının  İnsan Hüquqları üzrә Ali Komissarı Mişel Baçelet  verdiyi yazılı açıqlamada İdlib vә terror tәşkilatı YPG/PKK-nın nәzarәtindә olan bölgәlәrdәki dinc sakinlәrin vәziyyәtinә diqqәt çәkib.

Mişel Baçelet bütün tәrәflәrә beynәlxalq hüquq normaları çәrçivәsindә dinc sakinlәri  qorumaları ilә әlaqәdar çağırış edib.

" Tərəflərə  qaçmaq istəyən dinc sakinlәrә  etibarlı keçid təmin etmәlәri, qalanları isә qorumaları ilә әlaqәdar çağırış edirәm’’,-deyә Mişel Baçelet qeyd edib.

Bölgәyә edilәn hücumlara diqqәt çәkәn Mişel Baçelet tәrәflәr arasındakı qarşıdurmaların intensivlәşdiyini vurğulayıb.

‘‘İdlib vә Hәlәbin şimalındakı dinc sakinlәr çox çәtin şәraitdә yaşayır’’ deyәn Mişel Baçelet xarici aktyorların hücumları sәbәbindәn dinc sakinlәrin çox çәtin vәziyyәtә düşdüyü ilә әlaqәdar xәbәrdarlıq edib.

Mişel Baçelet hәmçinin terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki bölgәlәrdәn qaçaraq digәr terror tәşkilatı YPG/PKK-nın nәzarәtindә olan müvәqqәti düşәrgәlәrdә yaşayan tәxminәn 20 min  dinc sakinlәrә görә narahat olduqlarını bildirib.

Terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki bölgәdә yaşayan 200 ailәnin vәziyyәtinә görә dә narahat olduqlarını deyәn Mişel Baçelet bu ailәlәrin Amerika Birlәşmiş Ştatları vә YPG/PKK-nın  hücumlarına mәruz qaldığını sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr