Yaponiya Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdü

Yaponiyanın Baş naziri Şinzo Abe Şimali Koreyanın nüvə probleminin nizamlanmasında göstərdiyi səylərə görə ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

1146559
Yaponiya Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdü

Yaponiyanın Baş naziri Şinzo Abe Şimali Koreyanın nüvə probleminin nizamlanmasında göstərdiyi səylərə görə ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb. 

Bu barədə Amerika lideri Ağ evin Çəhrayı bağçasında keçirilən mətbuat konfransında məlumat verdi.
 
Trampın verdiyi məlumata əsasən, Şinzo Abe bir müddət əvvəl Norveç Nobel Komitəsinə ünvanladığı məktubun nüsxəsini ona göndərib. ABŞ Administrasiyası rəhbərinin sözlərinə görə, Yaponiya Baş naziri onu yapon xalqı adından Nobel sülh mükafatına namizəd göstərib.
 
ABŞ-ın dövlət başçısı : “Yaponiyanın Baş naziri Abe Nobel sülh mükafatını verən şəxslərə ünvanladığı valehedici məktubun nüsxəsini mənə göndərib. O bildirib ki, mənim namizədliyimi Yaponiya adından irəli sürüb: “Onlardan sizi Nobel sülh mükafatı ilə təltif etməyi xahiş edirəm” dedi.

ABŞ-ın sabiq prezidenti Barak Obamanın bu mükafatı  2009-cu ildə, prezidentliyinin ilk ilində aldığını xatırladan Tramp: "Yəqin ki, heç vaxt bu mükafatı almayacağam , amma olsun. Obamaya verdilər, niyə verdiklərini o da başa düşmədi. Mükafatı verdiklərində 15 saniyə idi ki vəzifəsinə başlamışdı. Nobel mükafatını qazandı və dedi: "Mən bunu haqq etmək üçün nə etdim?"  Mən isə, yəqin ki, bu mükafatı heç vaxt almayacağam" dedi.

Digər tərəfdən, Yaponiya hökuməti Abenin Trampı namizəd göstərdiyini təsdiqləmədi. Yaponiyanın Xarici İşlər Nazirliyi Trampun bu açıqlamasında xəbərdar olduğunu, lakin Abe ilə Tramp arasındakı dialoqun detallarını verə bilməyəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr