Tramp Devid Satterfildi ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-ınTürkiyədə  fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə müşavir Devid Maykl Satterfildin  (David  Michael Satterfield) göndərilməsini istədi.

1146403
Tramp Devid Satterfildi ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-ınTürkiyədə  fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə müşavir Devid Maykl Satterfildin  (David  Michael Satterfield) göndərilməsini istədi.
 
 Bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilir.
 

  Satterfild ABŞ Dövlət Departamentininın stajlı diplomatlarından biri kimi tanınır.
 
 O, 1954-ci ildə anadan olub. 1980-ci ildən bəri xüsusilə, Orta Şərqdə bir sıra fərqli vəzifələr tutub.
 
 Hazırda ABŞ Dövlət Departamentində Yaxın Şərq Əlaqələri üzrə müşavir vəzifəsini icra edən  Satterfild Türkiyə, Rusiya və İranın iştirak etdikləri Astana danışıqlarında ABŞ-ın müşahidəçisi kimi iştirak edib.
 
 Devid Satterfild sabiq prezident Barak Obamanın prezidentliyi dövründə  Sina yarımadasında sülhü qoruyan "Beynəlmiləl Qüvvə və Müşahidəçilər"in baş direktoru vəzifəsində işləyib. Yenə də Obama dövründə 2013-2014-ci illərdə Misirdə müvəqqəti işlər vəkili olub.
 
 Corc W. Buş (George W. Bus) dövrünün dövlət katibi  Kondoliza Raysın (Condoleezza Rice)  İraq üzrə stajlı müşaviri vəzifəsini icra edən Satterfild Livan, Suriya, Tunis, Səudiyyə Ərəbistanı səfirliklərində də bir sıra fərqli vəzifələrdə işləyib.
 
 Devid Satterfildin ABŞ-ın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəyə başlaması üçün ABŞ Senatında keçiriləcək səsvermənin nəticələrini gözləmək lazımdır.
 
Qeyd edək ki,  2017-ci ildə vəzifəyə başlayan Tramp rəhbərliyi eyni ildə  ABŞ-ın Türkiyədəki səfiri Con Bassı (John Bass) Əfqanıstana səfir göndərmiş, Bassdan sonra Türkiyəyə səfir təyinatı olmamışdı.



Әlaqәli Xәbәrlәr