Makedoniyada sərnişin avtobusu qəzaya uğrayıb: 13 ölü, 30 yaralı

Bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe bildirib.

1144808
Makedoniyada sərnişin avtobusu qəzaya uğrayıb: 13 ölü, 30 yaralı

Şimali Makedoniya Respublikasında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.

Bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe bildirib. Qəzanın Skopye-Kalkandelen magistral yolunda baş verdiyi bildirilir.

Bundan əlavə bildirilir ki, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, qəza gecə radələrində baş verib, avtobus Skopye şəhəri yaxınlığında yoldan kənara çıxaraq aşıb. Qəzanın səbəbi araşdırılır.



Әlaqәli Xәbәrlәr