ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

Amerika Birləşmiş Ştatları iki İran təşkilatına və bu təşkilatlarla əlaqəsi olan 10 şəxsə sanksiya tətbiq etdiyini açıqladı.

1144816
ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

 

 ABŞ Xəzinə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran İnqilab Keşikçiləri Qvardiyasına tabe olan Qüds qüvvələrinə dəstək verən və ABŞ rəsmilərinə qarşı kiber fəaliyyət göstərən iki təşkilatı və  bu təşkilatlarla əlaqəsi olan 10 şəxsi sanksiya siyahısına daxil etdiyini açıqladı.
 
 OFAC-dan verilən yazılı açıqlamada Tehran mərkəzli "New Horizons" (Yeni Üfüqlər) kimi də tanınan "Müstəqil Ziyalılar və Sənətkarlar İnstitutu" adlı qeyri-hökumət təşkilatının və təşkilatla əlaqəsi olan 4 nəfərin İran İnqilab Keşikçilərinin məşğulluq və kəşfiyyat toplama işlərinə dəstək vermək məqsədilə beynəlxalq konfranslar təşkil etdiyi üçün sanksiya siyahısına salındığı bildirilir.
 
 Açıqlamada yenə İran mərkəzli "Net Peygard Samavat" şirkəti və bu şirkətlə əlaqəsi olan 6 nəfərin də ABŞ kəşfiyyatı və ordusunun sabiq və hazırkı işçilərinə qarşı kiber hücum fəaliyyətlərinə görə sözügedən sanksiya siyahısına əlavə olunduqları qeyd edilir.
 
 Açıqlamaya görə, ABŞ Xəzinə naziri Stiven Mnuçin (Stiven Mnuchin) sanksiyalarla bağlı: "Xəzinə Nazirliyinin sanksiyaları pis niyyətli İran kiber təcavüzkarlarına, ölkə daxilindəki və xaricdəki amerikalıları hədəf alan gizli əməliyyatlara, İran rejiminin kiber hücumlarına qarşı olan səylərimizin bir hissəsidir" ifadəsini işlədib.
 
 



Әlaqәli Xәbәrlәr