Yaponiya David Malpassın namizədliyinə müsbət baxır

Yaponiya Amerika Birləşmiş Ştatlarının Dünya Bankı prezidentliyinə namizəd göstərdiyi Xəzinə Nazirliyinin müşaviri David Malpassı güclü bir namizəd kimi qiymətləndirdiyini açıqladı.

1143176
Yaponiya  David Malpassın namizədliyinə müsbət baxır


 Yapon informasiya agentliyi Kyodonun yaydığı xəbərə görə, Yaponiyanın Maliyyə naziri Taro Aso ABŞ prezidenti Donald Trampın Dünya Bankı prezidentliyinə namizəd göstərdiyi David Malpass ilə Tokioda keçirdiyi görüşdən sonra verdiyi açıqlamada ölkəsinin Malpassı güclü bir namizəd kimi qiymətləndirdiyini bildirib.
 
 Aso Dünya Bankının ən böyük ikinci ianəçi mövqeyində olan Yaponiyanın bankın inkişaf məsələsində prioritetini Çin və Hindistan kimi sürətlə böyüyən ölkələrdən kredit ehtiyacı daha çox olan inkişaf etməkdə olan ölkələrə yönləndirməsinin vacibliyini vurğulayıb.
 
 Malpassa açıq dəstək verməkdən çəkinən Aso bankın martın 14-ə qədər namizədlikləri qəbul edəcəyinə diqqət çəkərək: "Baxaq kim meydana çıxacaq" deyib.
 
 ABŞ Xəzinə Nazirliyində beynəlxalq əlaqələr üzrə müşavir vəzifəsini icra edən Malpass ABŞ ilə Çin arasında gömrük rüsumlarının qarşılıqlı olaraq artırılması ilə başlayan ticarət müharibəsində Çinə qarşı güzəştsiz mövqenin tərəfdarı olan bir şəxs  kimi tanınır.
 
 İnkişaf kreditlərinə mərkəzləşən 189 ölkənin tərəfdaş olduğu Dünya Bankının rəhbərliyinə adətən,  Amerika Birləşmiş Ştatlarının iqtisadiyyat mütəxəssisləri və siyasətçilər gətirilir.
 
 Dövlətin maliyyələşdirilməsinə və makroiqtisadi sabitliyə yönəldən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri isə adətən, Avropadan olur.



Әlaqәli Xәbәrlәr