Qətər və Fransa ərəb ölkələrindəki problemləri müzakirə edəcək

Qәtәr ilә Fransa danışıqlar aparacaq

1143499
Qətər və Fransa ərəb ölkələrindəki problemləri müzakirə edəcək

 

Qətər və Fransa ərəb ölkələrindəki problemləri müzakirə etmək  üçün danışıqlar keçirir.

Qәtәrin Xarici İşlәr naziri Mәhәmmәd ibn Әbdürrәhman əl Sani vә Fransalı hәmkarı Jan-İv Le Drian ilә paytaxt Dohada birgә mәtbuat konfransı keçiriblәr.

İki ölkәnin strateji mәsәlәlәr ilә bağlı bәyannamәni imzaladığını bildirәn Әl Sani sözügedәn danışıqların iki ölkә arasındakı münasibәtlәrin inkişaf etmәsinә töhfә verәcәyini vurğulayıb.

Danışıqlarda  Qәtәr vә ərәb ölkәlәri arasındakı problemlәrin müzakirә olunacağını bildirәn Le Drian isә ölkәlәr arasındakı münaqişәlәrin dialoq yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayıb.

Le Drian Fransanın Qәtәri  FİFA Dünya Kubokuna ev sahibliyi edәcәyi üçün dәstәklәdiyini  vә keçirәcәyi bütün çempionatlarda bu ölkәnin yanında olacağını qeyd edib.

Le Drian Fransa prezidenti Emmanuel Makronun Asiya kubokunun qalibi olan Qәtәrin milli futbol komandasını tәbrik etdiyini dә sözlәrinә әlavә edib.

Qeyd edәk ki, Fransanın Xarici İşlәr naziri Qәtәr Әmiri Şeyx Tәmim ibn Hәmmad əl Sani ilә dә görüş keçirib.

Qәtәr ilә Fransa arasında 2017-ci ilin dekabr ayında hәrbi sahәdә bir çox müqavilә imzalanmışdı.

Qeyd ermək lazımdır ki, Qәtәr Fransa rәhbәrliyinin Körfәz bölgәsindәki  әn mühüm ticarәt  tәrәfdaşlarından biridir.



Әlaqәli Xәbәrlәr