Yaponiya konstitusiyasının dəyişdirilməsi planlaşdırılır

Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyası (LDP) yeni ildə ölkənin II Dünya müharibəsindən sonra qəbul etdiyi "pasifik" konstitusiyasını dəyişdirmək üçün addım atacağını bildirdi.

1142913
Yaponiya konstitusiyasının dəyişdirilməsi planlaşdırılır

Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyası (LDP) yeni ildə ölkənin II Dünya müharibəsindən sonra qəbul etdiyi "pasifik" konstitusiyasını dəyişdirmək üçün addım atacağını bildirdi.
 
 LDP-nin dünən keçirilən illik konqresində qəbul edilən 2019-cu ilə aid strategiya sənədində 1947-ci il konstitusiyasının 9-cu maddəsində yazılan: "Yaponiya beynəlxalq münaqişələrin həllində hücum etməmə anlayışına sadiq qalacaq" və "Yaponiya ölkə sərhədlərini müdafiə etmək məqsədindən başqa güc tətbiq etməyəcək"  ifadələrin açıq hala gətiriləcəyi bildirildi.
 
 Sənəddə: "Konstitusiyanın müasir şərtlərə tabe olacaq şəkildə dəyişdirilməsinə başlamaq və ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün lazımlı addımları atmaqda qərarlıyıq" ifadələri işlədilir.
 
 Baş nazir və Liberal Demokrat Partiyasının sədri Şinzo Abe də konqresdə çıxış edərək: "Nəhayət bu partiyanı yaratdığımızdan bu yana ən böyük arzumuz olan konstitusional islahata başlamağın vaxtı gəldi" dedi.
 
 Dəyişikliyin mahiyyəti və tarixi ilə bağlı detallar strategiya sənədində yoxdur. Baş nazir Şinzo Abe də çıxışında bu barədə bir məlumat vermədi.
 
 Yaponiyanın II Dünya müharibəsindən sonra qəbul etdiyi 1947-ci il konstitusiyasının 9-cu maddəsinə görə, yapon xalqı bir ölkənin suveren hüququ kimi beynəlxalq məsələlərin həllində güc istifadə etməyi və güc istifadə etməklə təhdid etməyi rədd edir, bu istiqamətində quru, hava və dəniz qüvvələrinin olmaması barədə öhdəlik götürür.
 
Lakin ölkənin  defacto  olaraq "Yapon Özünü Müdafiə Qüvvələri" adı altında  silahlı qüvvələri var.


Etiketlәr: #Yaponiya , #konstitusiya

Әlaqәli Xәbәrlәr