Cənubi Koreya ABŞ hərbçilərinin saxlanması üçün daha çox pul ödəyəcək

Bu barədə "Ryonxap" agentliyi məlumat yayıb.

1142220
Cənubi Koreya ABŞ hərbçilərinin saxlanması üçün daha çox pul ödəyəcək

 

Cənubi Koreya ölkə ərazisindəki ABŞ hərbçilərinin bu il üçün saxlanmasına ayıracağı vəsaiti artıracaq.

Bu barədə "Ryonxap" agentliyi məlumat yayıb.

Bununla bağlı tərəflər arasında Koreya yarımadasındakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölünməsi barədə saziş imzalanıb. Sazişə əsasən, Cənubi Koreya 28 min 500 nəfər şəxsi heyəti olan ABŞ qoşununun saxlanması üçün 924  milyon ABŞ dolları  ödəyəcək. Bununla da tərəflər arasında Amerika qoşunlarının xərclərinin ödənməsi ilə bağlı olan mübahisələrə son qoyulub.

Qeyd edək ki, Seul və Vaşinqton saziş üzrə işçi danışıqlarının 10 raundunu keçirib. Mübahisə doğuran əsas məsələ Cənubi Koreya tərəfinin xərclərinin həcmi və sazişin müddətindən ibarətdir.



Әlaqәli Xәbәrlәr