"Sarı jiletlilər" bu dəfə Obamanı tələb etdilər

Məktubda Obamanın dünya və Avropa ilə bağlı məsələlərə yanaşma tərzi öyülüb, təqdir edilib.

1141760
"Sarı jiletlilər" bu dəfə Obamanı tələb etdilər

  Fransada aralarında Tierri Pol Valet (Thierry Paul Valette) kimi tanınmış adamların da olduğu “sarı jiletlilər”dən bir qrup Amerika Birləşmiş Ştatlarının əvvəlki prezidenti Barak Obama ilə görüş istəyib.

  “Le Figaro” qəzetində yer alan xəbərdə yazılana görə, bu qrup Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Obama Fondunun vasitəsilə keçmiş ABŞ prezidentinə məktub göndərərək onunla görüşmək istədiklərini bildirib.

  Məktubda Obamanın dünya və Avropa ilə bağlı məsələlərə yanaşma tərzi öyülüb, təqdir edilib.

  Qeyd edək ki, ötən həftə Tierri Pol Valet 26 mayda keçiriləcək Avropa Parlamenti seçkilərinə qatılmaq istədiklərini, bunun üçün Sarı Jiletli Vətəndaşlar İttifaqı adını verdikləri birlik üzvlərinin adlarından ibarət bir siyahı təşkil etdiklərini bildirmişdi.

  Onu da qeyd edək ki, həftənin əvvəlində “sarı jiletlilər” İtaliya Baş Nazirinin müavini Luici de Mayo (Luigi di Maio) ilə görüşmüşdü.



Әlaqәli Xәbәrlәr