Sergey Verşinin: "Terrorla mübarizə hədəflərindən yayınan addımlar atılmamalıdır"

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin İsrailin Suriyaya qarşı hücumlarının terrorla mübarizə çərçivəsindən kənara çıxdığını bildirdi.

1141490

 Rus mətbuatına açıqlamalar verən Verşinin Suriyada keçirilən İsrail hücumlarının qeyri-sabitlik yaratdığına diqqət çəkərək: "Terrorla mübarizə hədəflərindən yayınan heç bir addım atılmamalıdır" deyə danışdı.
 
 Rusiya ilə İsrail arasında Suriyada münaqişənin qarşısının alınması xəttinin bir ildir aktiv olduğunu xatırladan Verşinin İsrailin Suriyadakı hücumlarına son qoymasının vacib olduğunu qeyd etdi.
 
 Verşinin Rusiyanın Soçi şəhərində fevralın 14-də Türkiyə, Rusiya və İran arasında keçiriləcək liderlərin zirvə toplantısında Suriyanın İdlib əyalətindəki son vəziyyət və Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxması məsələlərinin müzakirə olunacağını bildirdi.
 
 İsrail Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana bəzən bu ölkəyə qarşı hücumlar təşkil edir.
 
 Hücumlar daha çox ölkənin cənubunda İranın dəstək verdiyi qrupların yerləşdiyi ərazilərə edilir. Son dövrdə Hizbullah birlikləri də hədəf alınır.

Әlaqәli Xәbәrlәr