ABŞ Küveyt və İndoneziyanın çağırışına etiraz etdi

BMT TŞ-nin iki müqəvvəti üzvü Küveyt və İndoneziya Şuradan İsrailin TIPH ilə əlaqəli qərarından təşviş duyulduğunu bildirən və fələstinlilərin qorunmasına çağıran birgə açıqlama yayılmasını istədi.

1140474
ABŞ Küveyt və İndoneziyanın çağırışına etiraz etdi

ABŞ İsrailin işğal altında saxladığı İordan çayının qərb sahilində yerləşən Əl Xəlil şəhərindəki Beynəlxalq Müvəqqəti Mövcudluq Qüvvəsinin (TIPH) mandatını uzatmama qərarından sonra fələstinlilərin qorunmasını istəyən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) addımına da etirazını bildirdi.

BMT TŞ-nin iki müqəvvəti üzvü Küveyt və İndoneziya Şuradan İsrailin TIPH ilə əlaqəli qərarından təşviş duyulduğunu bildirən və fələstinlilərin qorunmasına çağıran birgə açıqlama yayılmasını istədi.

ABŞ isə İsrailə Əl Xəlildə fələstinlilərin qorunmasına çağıran BMT TŞ-nin açıqlamasına mane oldu.

ABŞ-ın etirazı qarşısında açıqlama qəbul edilmədi. BMT TŞ açıqlamaları 15 üzvlü şurada həmrəylik nəticəsində qəbul edilir.

Açıqlamada həmçinin İsrailin Fələstindəki yaşayış məntəqələrinin beynəlxalq hüququ pozduğu bildirilib və iki dövlətli həll üçün bir daha çağırış edilib.

Qeyd edək ki, İsrail vəzifə müddəti başa çatan Əl Xəlil şəhərindəki TIPH-nin mandatını uzatmayacağını elan etmişdi.

TIPH Əl Xəlildəki fələstinlilər üçün əmin-amanlıq duyduğu yaratmaq və sabitliyin təmininə dəstək üçün Fələstin idarəsi və İsrailin dəvətilə 1997-ci ildən bəridir bölgədədir.

Tərkibində Danimarka, İtaliya, Norveç, İsveç, İsveçrə və Türkiyədən müşahidəçilərin olduğu missiya bölgədə beynəlxalq razılaşmaların pozulması əsaslarına nəzarət edərək, bununla aləqadar hesabatlar hazırlayır.



Әlaqәli Xәbәrlәr