Sülh müqaviləsi fevralın 6-da imzalanacaq

Sudanın Xarici İşlər naziri Dirdiri Məhəmməd Əhməd Mərkəzi Afrika Cümhuriyyəti hökumətilə silahlı qruplar arasındakı yekun sülh müqaviləsinin fevralın 6-da imzalanacağını açıqladı.

1137987
Sülh müqaviləsi fevralın 6-da imzalanacaq

Sudanın Xarici İşlər naziri Dirdiri Məhəmməd Əhməd Mərkəzi Afrika Cümhuriyyəti hökumətilə silahlı qruplar arasındakı yekun sülh müqaviləsinin fevralın 6-da imzalanacağını açıqladı.

Nazir Sudan rəsmi xəbər agentliyi “SUNA”ya verdiyi açıqlamada ölkəsinin ev sahibliyində baş tutan Mərkəzi Afrika Cümhuriyyəti hökumətilə silahlı qruplar arasındakı sülh danışıqlarında əldə olunan sülhə görə tərəfləri təbrik etdi.

Xarici İşlər naziri Əhməd ölkəsinin Mərkəzi Afrika Cümhuriyyətində Afrika qitəsi üçün qəbul edilən müqaviləyə rəhbərlik etdiyini, əldə edilən nailiyyətin afrikalıların öz problemlərini həll etmə qabiliyyətini göstərdiyini vurğuladı.

Nazir ön müqavilənin sabah, yekun müqavilənin isə fevralın 6-da Mərkəzi Afrika Cümhuriyyətinin paytaxtı Banquidə imzalanacağını bildirdi.

Qeyd edək ki, paytaxt Xartumdakı Strateji Araşdırma Akademiyasında yanvarın 24-dən bəridir davam edən müzakirələrdə Mərkəzi Afrika Cümhuriyyəti hökumətilə silahlı qruplar arasında sülh sazişi barədə razılıq əldə olunmuşdu.

Afrika Birliyi Sülh və Təhlükəsizlik komissarı Smael Cherqui silahlı 14 qrup ilə Mərkəzi Afrika Cümhuriyyəti hökumətinin 10 günlük müzakirələrdən sonra razılaşdığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr