Maduro: "Latin Amerikası və Karib adaları ABŞ-ın arxa bağçası ola bilməz "

Venesuelanın dövlət başçısı Nikolas Maduro İspaniya mediasına verdiyi müsahibədə ölkəsindəki vəziyyətlə bağlı fikirlərini bildirdi.

1137853
Maduro: "Latin Amerikası və Karib adaları ABŞ-ın arxa bağçası ola bilməz "

Venesuelanın dövlət başçısı Nikolas Maduro İspaniya mediasına verdiyi müsahibədə ölkəsindəki vəziyyətlə bağlı fikirlərini bildirdi.

"ABŞ prezidenti Donald Trampla üz-üzə olsaydınız,  ona nə deyərdiniz?" sualına Maduro: "Dur, dur Donald Tramp. Əlini qana bulayacak səhvlər edirsən. Onların istədiyi  boyunduruqları altında işləyən və təbii zənginliklərimizdən istifadə edən hökumətlərin olduğu 20-ci əsrə geri dönməkdir. Bu mümkün deyil. Latin Amerikası və Karib adaları ABŞ-ın arxa bağçası ola bilməz " deyə cavab verdi.

Maduro Venesuelada azad və demokratik seçkilərin keçirilməsi üçün tarix müəyyən olunmasa, özünü müvəqqəti dövlət başçısı elan edən Xuan Quaydonu tanıyacaqlarını bildirən  Avropa İttifaqı ölkələrindən İspaniya, Fransa, Almaniya, Belçika, Portuqaliya, Hollandiya və Böyük Britaniyanın verdikləri müddətin 5 fevral, bazar ertəsi günü bitəcəyi ilə əlaqədar da şərh verdi.

Venesuela Dövlət Başçısı: "Heç kimin ultimatumunu qəbul etmirik. Bu, mənim Avropa İttifaqına: 'Katalonya Respublikasını tanımaq üçün sizə 7 gün verirəm ,yoxsa tədbirlər görəcəyəm" deməyim kimi bir şeydir. Beynəlxalq siyasət ultimatumlara tolerantlıq göstərməz" dedi.

Maduro ölkəsinin müstəqilliyi üçün dialoq, hörmət və qarşılıqlı anlayışa hər zaman açıq olduğunu vurğulayaraq, ültimatumlara görə seçkiləri elan etməyəcəklərini qeyd etdi.

Maduro "Venesuela vətəndaş müharibəsinə gedə bilərmi?" sualına cavab verərək: "Bu gün heç kim bu suala dəqiq bir cavab verə bilməz. Hər şey şimal imperiyasının (ABŞ) və onun Qərb ittifaqının təcavüzkarlıq və çılğınlıq səviyyəsindən asılıdır. Biz ölkəmizdə sadə bir şəkildə yaşayırıq və heç kimin daxili işlərimizə qarışmasını istəmirik. Ölkəmizi müdafiə etmək üçün hazırlıqlar aparırıq" dedi.

Venesuela xalqının müdafiə məqsədli ilə evdə, iş yerində, məhəlləsində bir döyüşçü kimi təşkil olduğunu, hərbi təlim sahəsinə və Silahlı Qüvvələrin silah sisteminə giriş icazəsi olanlardan  ibarət 50 min nəfərlik müdafiə birliyi qurulmasına dair göstəriş verdiyini bildirən Maduro sözlərinə belə davam etdi: "Xalq yerli, regional, və ya milli  qarşıdurma vəziyyətində hara gedəcəyini, nə edəcəyini və necə müdafiə olunacağını bilir. Hərbi versiya Donald Trampın masasındadır. Bir ölkə nə etməlidir? Razı olmalıdır? Bir deyimdə: "Əgər sülh istəyirsənsə, müharibəyə hazır ol" deyilir. Mən bunu başqa şəkildə söyləmək istəyirəm:" Əgər sülh istəyirsənsə, özünü müdafiə etməyə hazır ol".



Әlaqәli Xәbәrlәr