Guaido “New York Times”-a məqalə yazdı

Venesuelada özünü "müvəqqəti prezident" elan edən müxalif lider Xuan Guaido “New York Times”-da məqalə dərc edib.

1136504
Guaido “New York Times”-a  məqalə  yazdı

Venesuelada özünü "müvəqqəti prezident" elan edən müxalif lider Xuan Guaido “New York Times”-da məqalə dərc edərək "Nikolas Maduro rejimini ən az qan tökərək məhv etmək üçün dünya üzərindəki demokratiya tərəfdarı hökumət, qurum və şəxslərin dəstəyinə ehtiyac duyduqlarını" bildirib.

“Xuan Guaido, “Venesuelalılar güc birlikdədir” başlığı ilə qələmə verdiyi məqalədə 61 il əvvəlki Marcos Perez Ximenez dövründə Venesuelada baş verən çətinliklərə toxunaraq : “ İllərdən sonra yenidən demokratiyamızı qazanmaq və ölkəni bərpa etmənin çətinliyi ilə üz-üzəyik”. Guaido məqalədə vurğulayıb ki, ölkədə dərman və ərzaq sıxıntısı hər keçən gün artır. Hökumətin zalım təzyiqlərinə görə 3 milyon Venesuelalı xarici ölkələrə mühacirət edib.
Məqaləsində Maduroya xalqın dəstəyinin olmadığını irəli sürən Guaido, yazısını belə tamamlayıb: “Maduronun vaxtı azalır, ancaq gedişini ən az miqdarda qan tökülməsi ilə təmin etmək və rejimin qəti sonunu gətirmək üçün bütün Venesuela birləşmək məcburiyyətindədir. Bunun üçün dünya üzərindəki demokratiya tərəfdarı hökumətlər, qurum və şəxslərin dəstəyinə ehtiyacımız var. Əziyyət çəkdiyimiz böhran üçün eyni anlayış və razılaşma yolunda addımlamaq üçün təsirli həll yolu tapmalıyıq. Gücümüz və bütün Venesuelanın xilası həmrəyliğimizdən asılıdır.



Әlaqәli Xәbәrlәr