Donald Tramp fevralın 5-dә Konqresә müraciәt edәcәk

Ağ Ev Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin tarixin təklif edildiyi məktubuna cavab verib.

1135030
Donald Tramp fevralın 5-dә Konqresә müraciәt edәcәk

 

ABŞ Prezidenti Donald Tramp Konqresə illik müraciətini fevralın 5-də edəcək.

Ağ Ev Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin tarixin təklif edildiyi məktubuna cavab verib.

ABŞ Prezidenti illik müraciətində ölkədəki vəziyyəti qiymətləndirir və qarşıdakı qanunvericilik təşəbbüslərini təsvir edir. Bir qayda olaraq, o, Konqresə yanvar ayında müraciət edir.

Donald Tramp deyib: ‘‘2019-cu ilin 5 fevral tarixindә Konqresә müraciәt edәcәm. Bu dәvәti qәbul etmәk mәnim üçün şәrәfdir. Danışacağım böyük bir hekayә var vә әldә edәcәyimiz hәdәflәrimiz var’’.

Qeyd etmək lazımdır ki, daha əvvəl  Nensi Pelosi "şatdaun" vəziyyəti həll olunana qədər Donald Trampın Konqresdə çıxış etməsinə icazə verməyib. Bundan sonra ABŞ Prezidenti bir aydan çox müddətdə işini dayandırmış federal hökumәtin fәaliyyәtini bәrpa etmәsinә razı olub.


Etiketlәr: #Donald Tramp , #Konqres , #ABŞ

Әlaqәli Xәbәrlәr