Maduro: “Mən Venesuelanın müstəqilliyinin zəmanətiyəm”

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, o, ölkədə sülhün və müstəqilliyin zəmanətidir.

1134205
Maduro: “Mən Venesuelanın müstəqilliyinin zəmanətiyəm”

Məlumata görə, o, bu bəyanatı Karabobo ştatında Fuerte-Paramakay hərbi bazasındakı çıxışı zamanı verib.

“Mən sülhün, müstəqilliyin, hərbi və mülki güclərin ittifaqının zəmanətiyəm”, – deyə qeyd edib.

Ölkə başçısı həmçinin əlavə edib ki, Venesuelada dövlət çevrilişi təşkil etməyə çalışıblar və bunu qiymətləndirməmək olmaz.

Daha əvvəl Venesuela lideri bildirib ki, onun amerikalı həmkarı Donald Tramp ABŞ-da “yalnız sərnişin”dir.

 



Әlaqәli Xәbәrlәr