Venesuela müxalifətinin lideri özünü prezident vəzifələrinin icraçısı elan etdiyini bildirdi

Venesuela Milli Məclisinin sədri Xuan Quaydo ( Juan Guaido) ölkədə keçirilən hökumət əleyhinə nümayişlərdə özünü “müvəqqəti dövlət başçısı” elan etdi.

1131932

Quaydo ölkənin paytaxtı Karakasdakı hökumət əleyhinə nümayişdə iştirakçılara müraciət edərək, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq, müvəqqəti hökumət qurmaq və azad seçkilər keçirmək üçün rəsmi olaraq özünü ölkənin  prezident vəzifələrinin icraçısı elan etdiyini söylədi.  

Xalqı özünü dəstəkləməyə çağıran Quaydo “ Bilirik ki, bu tək nəfərlik bir iş deyil və nəticələri olacaq. Bu böyük milli güc və ümid hərəkətinin qarşısının alınmasına icazə verməyəcəyik. Mübarizəmiz davam edəcək” deyə bildirdi.

Әlaqәli Xәbәrlәr