Prezident Nikolas Madurodan səfərbərlik çağırışı

Venesuela prezidenti Nikolas Maduro xalqa çağırış edib ki, çevriliş təhlükəsinə qarşı tədbirli olunsun.

1132018
Prezident Nikolas Madurodan səfərbərlik çağırışı

Venesuela dövlət başçısı Nicolas Maduro, dünən Karakasdakı mitinqdən sonra sosial media hesabından vətəndaşlarına müraciət edib. ABŞ ilə bütün diplomatik əlaqələrə son qoyduğunu ifadə edən Maduro bu ölkənin diplomatlarına Venesueladan çıxmaları üçün 72 saat möhlət verildiyini bildirib. Ölkədə çevriliş təhlükəsinin olduğuna diqqət çəkən prezident xalqından tədbirli olmalarını istəyib. O qeyd edib ki, "Cəsur və döyüşçü Venesuela xalqını, vətənin sabitliyini müdafiə etmək üçün küçələrə axışmağa və səfərbər olmağa çağırıram. Çevrilişə və xaricilərin ölkəmizin daxili işlərinə müdaxiləsinə icazə verməməliyik”.

Qeyd edək ki, Venezuela Birləşmiş Sosialist partisinin dünən təşkil etdiyi mitinqində çıxış edən partiyanın sədr müavini Diosdado Kabello da, Maduroya dəstək üçün xalqı hər gün axşam prezident administrasiyası önündə toplaşmağa çağırırb.



Әlaqәli Xәbәrlәr